Böyük Britaniya Rusiyadan LNG idxalını dayandırdırdı

2023-cü il yanvarın 1-dən Böyük Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını dayandırıb.

Bizimxeber.az bildirir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi öz “Twitter” səhifəsində məlumat yayıb. "Bu gün Böyük Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qazın bütün idxalını dayandırıb", - bəyanatda deyilir.

Xarici İşlər Nazirliyinin nəşri qeyd edir ki, bu qərar Londonun Rusiyanın hərbi əməliyyatları maliyyələşdirmək imkanlarını azaltmaq istəyi ilə bağlıdır. İyun ayında Böyük Britaniya Rusiyadan qaz idxalının 2021-ci illə müqayisədə 75% azaldığını bildirib.