"Gürcüstanın xarici agentlərlə bağlı qanun layihəsi ölkənin Aİ-yə daxil olmaq məqsədinə ziddir".
Bizimxeber.az bildirir ki bu barədə Aİ-nin ali nümayəndəsi Josep Borrell bildirib.
Borrelin sözlərinə görə, qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Gürcüstan və onun əhalisi üçün pis hadisədir.
"Bu qanun Aİ-nin dəyər və standartları ilə bir araya sığmır. Bu, Gürcüstanın elan etdiyi, əhalinin böyük bir hissəsi tərəfindən dəstəklənən Aİ-yə üzvlük məqsədinə ziddir. Onun son qəbulu əlaqələrimiz üçün ciddi nəticələr verə bilər".
Bəyanatda vurğulanır ki, Aİ Gürcüstanı demokratiya, qanunun aliliyi və insan haqlarına sadiq olmağa çağırır. Bundan əlavə, Borrell Gürcüstan hakimiyyətinə xalqın dinc etiraz etmək hüququnu xatırladıb.