“Bonaqua” yox, yosun içirik - “Coca-Cola” niyə susur?

Sosial şəbəkələrdə “Coca-Cola” Azərbaycan şirkətinin məhsulu olan “Bonaqua” suları ilə bağlı qalmaqallı video yayılıb. 

Belə ki, şirkətin mağazalara payladığı su şüşələrinin dibində yosunabənzər qaraltılar olduğu aydın görünüb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan həmin yararsız məhsulun verildiyi mağaza sahibi Ayaz Əsədullayev şirkətin məsələyə biganə yanaşdığını, dəymiş zərəri qarşılamadıqlarını iddi edib:

“Hadisə təxminən iyun ayının 3-ü baş verib. Video paylaşdım. İyun ayının 21-i dəfələrlə deyildikdən sonra gəlib maraqlandılar. Şirkətdən gəlib elə danışdılar ki, düşündüm ki, görəsən günahkar mənəm? Mən olanı deyirəm. Məhsulların videosunu çəkdim sonra götürüb apardılar”.

Mağaza sahibi mağazanın Əcəmi Naxçıvani küçəsində yerləşdiyini bildirib.

“Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev Cebhe.info-ya açıqlamasında məsələ ilə indi tanış olduğunu deyib: “Məlumatla tanış oldum, bunu araşdırmaq lazımdır. Həmin ünvanda çox sayda mağazalar var. Xəbərdə iddia olunduğu məsələni dəqiqləşdirməliyik”.