Bolqarıstanda yenə hökümət formalaşmadı - Yenidən seçki olacaq

Bolqarıstan Prezidenti Rumen Radev yeni texniki hökumətin təyin olunması üçün fərmanı imzalamaqdan imtina edib.

Bizimxeber.az bildirir ki, bununla bağlı məlumatı BGNES yayıb.

Radev, Daxili İşlər Nazirliyinin rəhbəri postuna təyin olunmuş Kalina Stoyanova namizədliyinin dürüst seçkilər keçirməyə zəmanət verə bilməyəcəyini düşündüyü üçün fərmanı imzalamayıb.

O, müvəqqəti baş nazirliyə namizəd Goritsa Grancharova-Kojarevanın bu vəzifəyə Stoyanovanın əvəzinə digər bir namizəd təqdim etməsi üçün saat 15:00-a qədər vaxt verdiyini bildirmiş, amma Grancharova-Kojareva imtina edib.

“Öhdəçilik mənim üzərimdədir, qərar sizindir,” – deyə Grancharova-Kojareva bildirib. Bundan sonra Prezident Rumen Radev bəyan edib ki, hökumət parlamentdə and içməyəcək.

“Sabah parlamentdə and içmək olmayacaq. Seçkilər 20 oktyabr tarixindən sonrakı dövrə qədər təxirə salınır. Dimitar Glavchev hökuməti öz vəzifələrini davam etdirəcək,” – deyə Prezident bildirib.

Bulgariyada siyasi böhran 2021-ci ildən davam edir və bu müddət ərzində ölkədə artıq altı erkən parlament seçkiləri keçirilib. Sonuncu, iyun 2024-cü ildə keçirilən seçkilər isə sabit bir hökumət formalaşdıra bilməyib.