Avropa İttifaqı ölkələri Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olmaq üçün müraciətləri rədd edib.
"Bizimxeber" xarici KİV-lərə istinadən bildirir ki, Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olmasına Avstriya qarşı çıxıb. Avstriya kansleri Karl Nehammerdeyib ki, "onlara daha çox vaxt lazımdır".
Onun sözlərinə görə, hazırda ölkədə “Aİ-nin xarici sərhədini keçərək Avstriyaya çatan” 75 minə yaxın qeyri-qanuni miqrant var. "Biz ilk növbədə bu problemi həll etməliyik" dedi.