Bolqarıstan ölkənin limanlarını Rusiya gəmiləri üçün bağlayır

Bolqarıstan hakimiyyəti Aİ sanksiyaları çərçivəsində Rusiya gəmilərinə qərb qadağası qoyur.

Bizimxeber.az bildirir ki, bu barədə "Associated Press" məlumat yayıb.

“Rusiya bayrağı altında üzən bütün gəmilər, eləcə də fevralın 24-dən sonra Rusiya bayrağını və ya qeydiyyatını hər hansı başqa dövlətə dəyişən gəmilərə Bolqarıstanın dəniz və çay limanlarına giriş qadağan edilib”.

AP aydınlaşdırır ki, Bolqarıstan hakimiyyəti yardıma ehtiyacı olan gəmilər, eləcə də Aİ-yə enerji, qida və dərman daşıyan gəmilər üçün istisna təşkil edəcək.