Azərbaycan Boks Federasiyasının yarış zalında keçirilən yeniyetmələrdən ibarət Boks üzrə Respublika Birinciliyində davam düşüb.
Bizimxeber.az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, davaya hakimlərin və yarış rəhbərliyinin gənc uşaqlarla bağlı haqsız qərarlar verməsi səbəb olub.
Belə ki, hakim döyüşü səbəbsiz olaraq saxlayıb, qələbəni uduzan rəqibə verib. Buna etiraz edən diğər idmançının məşçisi döyüşün yenidən keçiriləməsini tələb edib. Heç bir tələbi qəbul etməyən yarışın rəhbərliyi öz qərarında qalıb. Bundan sonra idmançılar və məşqçilər hakimə etirazlarını bilriblər. Hakim zaldan uzaqlaşdırılıb.
Rinqdən düşən hakimlə məşqçilər və idmançılar arasında dava düşüb. Hakim və yarış rəhbərliyinin uzaqlaşdırılması tələb olunub. Polisin müdaxiləsi ilə vəziyyət sabitləşib.
Xüsusilə qeyd edək ki, Azərbaycan Boks Federsiyası rəhbərliyinin, eləcə də hakimlərin haqsız qərar verməsi uzun illərdir davam edir. Gənc idmançılara qarşı edilən bu hərəkətlər idmanımızın gələcəyini böyük sual altına qoyur.
Anoloji hadisə ötən yarışlarda da baş verib və hakimlərin haqsız qərarları üzündən davalar, hakimlərin döyülməsi, təhqir edilməsi halları baş verib.
Qeyd edək ki, yaxın günlərdə Azərbaycan Boks Federasiyasında, eləcə də milli komanda üzvlərinə qarşı edilənlər, əmək haqqı problemləri, yeniyetmələrdən ibarət boks yığmasında baş verənlər və daha ciddi hallarla bağlı içtimaiyyətə geniş məlumat verəcəyik.