BMT Ukraynada aclıq olduğunu elan etdi

5 milyona yaxın Ukrayna vətəndaşı aclıqla üzləşib. Ən çətin vəziyyət Xerson vilayətinin Kiyevin nəzarətində olan hissəsində yaranıb. 

Bizimxeber.az bildirir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının mətbuat xidməti məlumat yayıb.

Ümumilikdə 5 milyon insanın (əhalinin 15%-i) ərzaq və dolanışıq yardımına ehtiyacı var. Müharibə və enerji böhranı ölkə daxilində ərzaq istehsalı və ticarət tədarük zəncirlərini pozub.

BMT-nin ÜƏP-nin məlumatına görə, Xerson vilayətinin Ukraynanın nəzarətində olan hissəsində yerli əhalinin yarıdan çoxu aclıqla üzləşib. Qeyd olunur ki, bəzi mağazalarda ərzaq qiymətləri 25% artıb, bunun fonunda bir çox ukraynalı uşaqlarını yedizdirmək üçün yeməklərini qurban verir, digərləri isə yemək üçün borc pul götürməli olurlar.