Qarabağda etnik ermənilərin sayı, regionda qalan insanlara görə, 50- 1000 arasında ola bilər.
Bunu brifinqdə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.
“BMT komandası yerli icmaların nümayəndələrinin dilindən eşidib ki, Qarabağda 50-1000arasında etnik erməni qalıb".
Düjarrik əlavə edib ki, dünya təşkilatının nümayəndələrinin Xankəndinə bir günlük səfəri zamanı BMT missiyası bütün dükanların bağlanmasına baxmayaraq, mülki infrastrukturun, o cümlədən məktəblərin, xəstəxanaların dağıdılması əlamətləri aşkar etməyib.
“Onlar son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq barədə heç bir məlumat eşitməyiblər. Onlar heç bir ölmüş mal-qara, ev heyvanları, kənd təsərrüfatı infrastrukturunun dağıntısı aşkar etməyiblər”.
BMT missiyası Laçın dəhlizində də olub.