BMT İsveçrədə Ukrayna sammitdə iştirak edəcək

BMT-nin nümayəndə heyəti iyunun 15-16-da İsveçrədə keçiriləcək Ukrayna münaqişəsinin nizamlanması üzrə konfransda iştirak edəcək.

Bizimxeber.az bildirir ki, bunu BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“BMT müşahidəçidir. Biz mütləq təmsil olunacağıq. Nümayəndəliyin səviyyəsi barədə sizə mümkün qədər tez məlumat verəcəyəm”, - deyə Stefan Düjarrik brifinq zamanı bildirib.

Qeyd edık ki, iyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində Ukrayna ərazisində münaqişənin həllinə dair konfrans keçiriləcək. Sammitə 160 ölkədən nümayəndə heyəti dəvət olunub. Rusiya konfransa dəvət edilməyib.

Braziliya və Cənubi Afrika konfransda iştirakdan imtina edib.