Blinken və Hakan Fidan Suriyanı müzakirə etdi - İŞİD-ə qarşı birgə mübarizə...

ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə bağlı danışıb.

Bizimxebere.az bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı İŞİD-ə qarşı mübarizə, mülki əhalinin və infrastrukturun mühafizəsini təmin etmək üçün koalisiya üzvlərinin əməkdaşlığının davam etdirilməsinin vacibliyini vurğulanıb.

Bu arada Türkiyədəki milyonlarla suriyalı miqrantın evlərinə qayıtmasına icazə vermək üçün 2013-cü ildən bəri bağlı olan Suriya ilə Yayladağı sərhəd -keçid məntəqəsini yenidən açıb. Əsəd rejiminin devrilməsindən sonra bir sıra Avropa ölkələri Suriya vətəndaşlarının sığınacaq müraciətlərinə baxılmasını dayandıracaqlarını açıqlayıb.