ABŞ Dövlət Katibi Entoni Blinken, Ukraynaya 5,55 milyard dollarlıq hərbi yardım ayırılacağını təsdiqlədi.
Bizimxeber.az bildirir kr, bu vəsait, ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarından istifadə edilərək, prezidentin səlahiyyətləri çərçivəsində yönləndiriləcək.
Blinkenin açıqlamasında qeyd olunur ki, bu addım, Birləşmiş Ştatların Ukraynanın təhlükəsizlik ehtiyaclarına dəstək verməyə davam etməsi məqsədini güdür. O, eyni zamanda ABŞ-ın Ukrayna ordusuna Kremlin təcavüzünə qarşı durmaqda kömək etməyə sadiq olduğunu vurğulayıb.
Bundan əlavə, ABŞ Müdafiə Nazirliyi, Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) çərçivəsində Ukraynaya 2,4 milyard dollar əlavə yardım ayırmağı da planlaşdırır.