Blinken Çavuşoğluna təşəkkür etdi

ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb.

Bizimxeber.az TASS-a istinadən bildirir ki, Blinken Çavuşoğluna seçkilərin ikinci turunda qazandığı qələbə münasibətilə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdırıb.

Dövlət katibi Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsini davam etdirmək üçün ölkəsinin davamlı səylərinə görə Xarici İşlər Nazirinə təşəkkür edib.

Blinken İsveçin artıq Şimali Atlantika alyansına qoşulmağa hazır olduğuna qəti əminliyini ifadə edib.