Rusiya tərəfindən işğal olunmuş Abxaziyanın de-fakto prezidenti postundan istefa verən Aslan Bjaniya yenidən “prezident”liyə namizədliyini irəli sürür.
Bizimxeber.az bildirir ki, “Tass”ın dərc edilmiş müsahibəsində Bjaniya “mütləq” Abxaziyanın siyasi həyatında iştirak edəcəyini və namizədliyini irəli sürəcəyini bildirir.
Bjaniyanın sözlərinə görə, Abxaziyada baş verən hadisələr "dövlətin imicinə ciddi ziyan vurub", baxmayaraq ki, vəziyyət "dönüş nöqtəsinə" çatmayıb.
Bjaniya istefa verdikdən sonra Moskvaya gedib.