“İlk növbədə gürcü müxalifətinə heyranlığımı bildirmək istərdim. Biz hamımız bu etirazı gördük və nə qədər insanın küçələrə çıxması həqiqətən ruhlandırıcı idi".
Bizimxeber.az bildirir ki, bunu Münhen Təhlükəsizlik Konfransında Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya deyib.
Yuliya Navalnaya xüsusilə Kremlin təsirinin güclü olduğu ölkələrdə öz hüquqları uğrunda mübarizə aparan insanların dəstəklənməsinin vacibliyini vurğulayıb.
“Putin ətrafındakı bütün ölkələrdə hibrid müdaxilə üsullarını çox yaxşı bilir. Ona görə də Gürcüstan müxalifətinin dəstəyi kritik əhəmiyyət kəsb edir”, - Navalnaya bildirib.
Navalnaya gürcü nümayişçilərinə nə məsləhət verəcəyini soruşduqda deyir ki, əksinə, başqaları gürcülərdən öyrənməlidir: “Biz eyni vəziyyətdəyik, çünki məsləhət vermək çətindir. Bəlkə də, əksinə - onlardan məsləhət istəmək, nəyi və necə etmək lazım olduğunu soruşmaq lazımdır, çünki gördüyümüz kimi, onlar bu işdə çox bacarıqlıdırlar.