Birinci sinif şagirdi koronavirusdan vəfat etməyib - AÇIQLAMA

Bakıda məktəbli vəfat edib. Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib. 

R.Quliyevin ölüm səbəbinin koronavirus olması bildirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib ki, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daxil olan Renat Quliyev MisC (Çox Sistemli İltihab Sindromu) xəstəliyindən vəfat edib: "O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub".

10:10

Koronavirus daha bir can alıb. Bu dəfə virusun qurbanı azyaşlı məktəbli olub. Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.

R.Quliyevin ölüm səbəbi bəzi mənbələrdə koronavirus olduğu bildirilsə də, şagirdin təhsil aldığı məktəbin rəhbərliyi buna rəsmi münasibət bildirməyib. Məlumat üçün bildirək ki, koronavirusa yoluxma səbəbindən Azərbaycanda bir neçə təhsil müəssisəsində əyani təhsil dayandırılıb. Bundan əlavə bəzi məktəblərdə isə yoluxma qeydə alınan bir neçə sinif distant təhsilə keçib.

Bizimxeber.az