Almaniyanın cənub-qərbində yerləşən Lüdviqsburq və Kornvesthaym şəhərlərində 100 mindən çox insan elektrik enerjisiz qalıb.
Bizimxeber.az bildirir ki, buna səbəb bir sansarın transformator yarımstansiyasına daxil olaraq naqilləri zədələməsi olub. Elektrik kəsintisi yerli vaxtla səhər saat 04:30-da baş verib və təxminən iki saatdan sonra aradan qaldırılıb.
Elektrik enerjisinin kəsilməsi nəticəsində ictimai nəqliyyatda işıqforlar və lövhələr sönüb, polis isə yol hərəkətini əl ilə tənzimləməyə məcbur qalıb. Həmçinin, bəzi sakinlər telefon və internetlə bağlı problemlər yaşayıblar.
Qeyd edək ki, bu, sansarın belə bir hadisədə ilk dəfə günahkar olması deyil. Daha əvvəl də Parisdə Olimpiya Oyunlarını yayımlayan Vinsen qəsrinin fan zonasındakı kabeli üç dəfə çeynəyərək yayımlarda problemlərə səbəb olmuşdu.