Bir neçə icra başçısı dəyişdirilir? - Siyahı

Yaxın günlərdə ölkədə kadr islahatlarının yeni dalğasının başlanması gözlənilir.  Bizimxeber.az-a daxil olan məlumata görə, həbsdən canını qurtaran məmurlar və bəzi icra başçılarının yeniləri ilə əvəzlənməsi prosessi davam etdiriləcək.

Bildirilir ki, Daşkəsən, Salyan, Zaqatala və diğər bir neçə rayonun icra başçısı da vəzifədən uzaqlaşdırıla bilər.

Qeyd edək ki, Salyan şəhərinin icra başçısı Sevindik Hətəmov, Daşkəsən icra başçısı isə Əhəd Abıyevdir. Salyanın yeni icra başçısı postuna hazırkı gənc müavinlərdən birinin təyinatı gözlənilir.

Sevindik Hətəmov 2016-ci ildə Salyana icra başçısı təyin olunub. Əhəd Abıyev isə 11 ildir Daşkəsənin rəhbəridir.