Meymun elektrik yarımstansiyasına girib və Şri-Lankada böyük elektrik kəsilməsinə səbəb olub.
Bizimxeber.az bildirir ki, bu barədə Şri-Lankanın energetika naziri deyib.
Onun sözlərinə görə, insident Kolombo şəhərinin ətrafında baş verib. Primatın transformatora toxunması elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Nazir bildirib ki, meymun şəbəkədəki transformatorla təmasda olub və bu, sistemdə balanssızlığa səbəb olub. Artıq bir sıra rayonlarda elektrik enerjisinin verilişinin bərpa olunduğu bildirilir. Əhalinin elektrik enerjisinin tam bərpası müəyyən vaxt apara bilər.