Bir həftə sonra danışıqlar davam edəcək

Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri səviyyəsində üçtərəfli danışıqlarından bir həftə sonra baş nazirin müavinləri görüşəcək.

Bizimxeber.az bildirir ki, bunu Vadimir Putin Paşinyan və İlham Əliyevin iştirakı ilə üçtərəfli görüş zamanı deyib.

"İndi biz razılaşdıq ki, bir həftə ərzində üç ölkənin baş nazir müavinlərinin görüşünü təşkil edək ki, "təmizlənməmiş" məsələləri aradan qaldıraq. Bu, yaxşı razılaşmadır", - o deyib.

Putin həmçinin qeyd edib ki, üçtərəfli formatda çox şey əldə olunub: "2020-ci ilin payızında isə nəinki hərbi əməliyyatlar dayandırıldı, həm də iqtisadi və nəqliyyat kommunikasiyalarının qarşısının alınması, sərhədin delimitasiyası üzrə işlərə başlanıldı. Bir çox hadisələr baş verib, lakin ümumilikdə hər hansı çətinlik və problemlərə baxmayaraq, fikrimcə, vəziyyət nizamlanma istiqamətində inkişaf edir”, - o əlavə edib.

Onun sözlərinə görə, həmkarları ilə üzbəüz görüşlər zamanı kifayət qədər ətraflı danışıblar, həllini tapmayan məsələlər var. Lakin onun fikrincə, onlar sırf texniki xarakter daşıyır. Məsələ ilk növbədə terminologiya ilə bağlıdır: "Əlbəttə, bu şərtlərin arxasında müvafiq sənədlərin imzalanmasından sonra baş verəcək reallıqların və hadisələrin dəqiq dərk edilməsi dayanmalıdır. Lakin, bizim fikrimizcə, bunlar keçilə bilən maneələrdir".