Ermənistanın baş naziri Nikol Paşinyan bəzi yüksək rütbəli məmurlardan istefa verməsini istəməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləyib.
Bizimxeber.az bildirir ki, o, konkret şəxslərin adını çəkməyib.
“Mətbuatda və sosial şəbəkələrdə gedən kütləvi müzakirələri nəzərə alaraq, nəzərinizə çatdırım ki, mən bəzi yüksək vəzifəli məmurların tutduqları vəzifələrdən getmələrini xahiş etmişəm”, - deyə Paşinyan "Facebook" səhifəsində yazıb.
Ermənistanın baş nazirinin sözlərinə görə, onun müraciətinin səbəbi şəxsi deyil, sistemli xarakter daşıyır ki, o da bu barədə açıq şəkildə danışıb.
Ermənistan KİV-i xəbər verir ki, baş nazir Nikol Paşinyanın qərarı ilə daxili işlər naziri, istintaq və korrupsiyaya qarşı mübarizə komitələrinin və Gəlirlər Xidmətinin rəhbərləri, ərazi idarəetmə və infrastruktur naziri və Ali Məhkəmə Şurasının sədri istefa verib.