"Bəzi Qərb liderləri Putindən qorxurlar" - Xodorkovski

"Qərb ölkələri Ukraynanı daha aktiv şəkildə ağır silahlarla təchiz etməlidir". Ukraynalılar istədikləri silahlarla təmin edilməsələr, tezliklə Kiyev ətrafında yenidən döyüşlər olacaq".

Bizimxeber.az bildirir ki, bu barədə Mixail Xodorkovski "Bild" nəşrinə müsahibəsində deyib. 

Xodorkovskinin sözlərinə görə, bəzi Qərb liderləri Putindən qorxurlar: "Onlar elə bilirlər ki, müharibədə iştirak etmirlər. Buna görə də onlar hesab edirlər ki, müəyyən silahların tədarükü eskalasiyaya gətirib çıxara və ya münaqişəyə çevrilə bilər".

O, Putinin nöqteyi-nəzərindən Qərb siyasətçilərinin və ölkələrinin artıq Rusiya ilə müharibə vəziyyətində olduğunu izah edərək- "bu, çox axmaq münasibətdir” deyib.

Xodorkovskinin fikrincə, əgər Rusiya Ukraynanın bir hissəsini tuta bilsə, bu, müharibəni qısa müddətə dayandıracaq, çünki Kremlin hesab edəcəyi yeganə qələbə Kiyevin ələ keçirilməsidir.

Müharibə Putinin gücünü gücləndirəcək, yoxsa zəiflədəcək sualına Xodorkovski cavab verib ki, hər şey işğalın nəticəsindən asılıdır. “Putin müharibədə qalib gəlməsə, rejim zəifləyəcək”.