Beyrut sakinləri şoka düşüb, qoxular yayılır - Dəhşətli görüntülər

Beyrutun cənubuna, İsrailin həyata keçirdiyi şiddətli hava reydləri nəticəsində bölgədə ciddi ziyan və insan itkiləri baş verib.

Bizimxeber.az bildirir ki, Müqəddəs Tereza və Burj əl-Barajneh əraziləri hədəf alınıb, bir neçə bina yerlə yeksan olub.

Videolarda reydlərdən sonra meydana gələn ağ-qara tüstü və partlayışların şiddəti qeyd olunub. İsrail ordusu, reydlərin "Hizbullah kəşfiyyat mərkəzləri" və "silah anbarlarını" hədəf aldığını açıqlayıb. 

Hadisələrin ardından bölgədəki sakinlər xoşagəlməz qoxulardan şikayət ediblər ki, bəziləri bunun fosfor bombalarının istifadəsi ilə bağlı olduğunu irəli sürüblər.

İsrailin Beyrutun cənub ətrafına reydləri (Reuters)

Livanın Səhiyyə Nazirliyi, İsrailin beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə etdiyi üçün BMT-yə şikayət etməyi planlaşdırır. Eyni zamanda, bir milyondan çox livanlı evlərini tərk etmək məcburiyyətində qalıb. 

Münaqişənin daha da dərinləşməsi riski davam edir.