Bəşər Əsədin olduğu təyyarənin Budapeştə düşməsi ilə bağlı yoxlanılmamış məlumatın dərcinə görə, Macarıstan diplomatiyasının rəhbəri Peter Szijjarto qəzəblənib.
Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, Macarıstan Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Yaxın Şərqdə gedən mübarizə ilə bağlı saxta xəbərlər bütün ölkəni çox ciddi təhlükə altına qoya bilər: "Bəzi siyasətçilər bu xəbərin üzərinə atıldı və saxta xəbərlərdən ibarət böyük sunami yaratdılar".
Qeyd edək ki, dekabrın 8-də Macarıstanın “ Magyar Hang” qəzeti Bəşər Əsədin ola biləcəyi Suriya Hava Yollarına məxsus təyyarənin Budapeştə eniş etdiyini yazıb. Elə həmin gün gəlib ki, Suriyadakı islamçı üsyançılar paytaxt Dəməşqə nəzarəti ələ keçirdiklərini bildiriblər və Əsədin qaçdığı elan olunub.
"Magyar Hang" və bəzi Macarıstan mediası Əsədin Macarıstanda sığınacağını yazıb.