Suriya müxalif qüvvələri ölkə Prezidenti Bəşər Əsədin Hələbdəki iqamətgahını ələ keçirib.
Bizimxeber.az bildirir ki, bu barədə görüntülər teleqram kanallarında yayılıb.
Bəşər Əsəd isə öz növbəsində müqavimət göstərəcəyini bəyan edib: “Terror yalnız gücün dilini başa düşür və biz onunla onları sındıracağıq!”
Qeyd edək ki, Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsində ilk dəfədir ki, Bəşər Əsəd rejimi Suriyanın ikinci ən böyük şəhəri Hələb üzərində nəzarəti itirir.