Bəşər Əsəd üçün aktiv axtarışlar başladı

"Üsyançılar Suriyanın hərbi və kəşfiyyat rəsmilərini sorğu-sual edərək, Bəşər Əsəd üçün aktiv axtarışlar aparır".

Bzimxeber.az bildirir ki, bu barədə CNN məlumat yayıb.

Mənbələr onun bazar günü səhər təyyarə ilə paytaxtdan qaçdığı bildirildikdən sonra onun hərəkətlərini dəqiqləşdirməyə çalışdıqlarını bildiriblər.

Məlumata görə, üsyançılar paytaxta hücum etdikdən sonra prezident nə görünüb, nə də ondan xəbər var. Qeyd olunur ki, Bəşər Əsəd tutularsa ya edam ediləcək, ya da güllələnəcək.