Berlinin Marzan rayonunda qaçqınlar üçün mərkəzə hücum nəticəsində 7 nəfər bıçaqlanıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədə şübhəli bilinən 21 yaşlı gənci saxlayıb.
Bu barədə FAZ yazıb.
Polisin məlumatına görə, 21 yaşlı gənc qaçqınlar mərkəzində bir neçə nəfəri yumruqla vurub və bıçaqlayıb.
Mərkəzin mühafizəçisi və ziyarətçisi - Almaniya vətəndaşlarından başqa, 5 sakin - Moldova vətəndaşı, o cümlədən 15 yaşlı uşaq yaralanıb. Zərərçəkənlərdən bəziləri də kəsilib. İlkin məlumatlara görə, onların həyatı üçün təhlükə yoxdur.
Cinayəti törətməkdə şübhəli bilinən 21 yaşlı əlcəzairli də yaralanıb. Hücumun səbəbi hələlik aydınlaşdırılmayıb.
Polisin ilkin qənaətinə görə, 21 yaşlı gənc hücumdan əvvəl evin qarşısında qonaqla mübahisə edib və 38 yaşlı kişiyə yumruq zərbəsi vurub. 62 yaşlı asayiş keşikçisi vasitəçilik etməyə çalışıb və o da vurulub.
Qaçqınların İşləri üzrə Dövlət İdarəsi hücumda şübhəli bilinərək saxlanılan şəxsin deportasiya ilə hədələndiyini bildirib.