Bərdədə bayrağı qoparıb yerə atan qudurmuş məmur kimdir? - VİDEO

Sosial şəbəkələrdə Bərdə rayonunda icra hakimiyyəti əməkdaşı olduğu bildirilən şəxsin mağazalardan birinin önündə asılmış bayrağı yerindən qopararaq kobud şəkildə atmasının görüntüləri yayılıb.

Bizimxeber.az bildirir ki, videonu ictimailəşdirən şəxs mağazaya gələn məmurun bayrağın həmin yerdən götürülməsini tələb etdiyini, daha sonra isə dövlət bayrağını qopararaq atdığını deyib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, Bərdədə Azərbaycan bayrağı ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır.

Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı deyi ki, qeyd edilən videogörüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb: "Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

***

Qeyd edək ki, bayrağı qopararaq yerə atan şərəfsiz məmur Bərdə rayon icra hakimiyyəti aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovdur.