Belqrad silkələnir - 100 minlərlə insan prezidentin siyasətinə etiraz edir

On minlərlə insan Belqradın mərkəzində keçən ay 15 nəfərin ölümü ilə nəticələnən qatar vağzalının damının çökməsində günahlandırdıqları prezident Aleksandar Vucic və onun Serb Tərəqqi Partiyasına (SNS) etiraz etmək üçün toplaşıb.

Bizimxeber.az "Reuters"ə istinadən bildirir ki, noyabrın 1-də Novı Sadda vağzalın təmir edilmiş damının beton örtüyünün uçması nəticəsində 14 nəfər ölüb, 3 nəfər yaralanıb. Daha sonra zərərçəkənlərdən biri dünyasını dəyişib.

Müxalifət liderləri və ictimaiyyət dəfələrlə küçələrə axışaraq, qəzaya səbəb hökumətin korrupsiyası və qohumbazlığı nəticəsində keyfiyyətsiz tikintini günahlandırıb.

Hakim koalisiya ittihamları rədd edir və Vuçiç deyib ki, günahkarlar məsuliyyətə cəlb edilməlidir.

Aksiyaçılar “Vuçiç, oğru!” deyə qışqırıblar. Digərləri əllərində “Əllərinizdə qan” yazılmış plakatlar tutublar.

"Biz bura 2012-ci ildən (Vuçiçin partiyası hakimiyyətə gələndə) baş verən hər şeyə "dur" demək üçün gəlmişik. Biz korrupsiyaya və qohumbazlığa son qoymaq istəyirik", - aksiya iştirakçılarından biri deyib. Serbiyada dəmiryol vağzalında baş verən faciə ilə bağlı ölkənin hər yerində bir aydan artıqdır ki, etiraz aksiyaları davam edir.

Aleksandar Vuçiç hökuməti  insanların narazılığını yumşaltmağa çalışıb.