Rusiyanın cənubunda, Ukrayna ilə həmsərhəd olan Belqorod vilayətinin 14 kəndinə giriş-çıxış əksər mülki vətəndaşlar üçün bağlanıb.
Bunu qubernator Vyaçeslav Qladkov açıqlayıb.
Telegram kanalında yerləşdirdiyi videoda yeni məhdudiyyətlərdən danışan Qladkov bildirib ki, gələn həftədən hərbçilər və ya dövlət məmurlarını müşayiət edənlər əraziyə buraxılacaq.
“Onlar da zirehli maşınlarda səyahət etməli, gülləkeçirməz jiletlər və dəbilqə taxmalıdırlar” , - deyə o əlavə edib.