Bələdiyyə ödəmələri nağdsız olacaq

Bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmalar nağdsız qaydada həyata keçiriləcək.

Bizimxeber.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.