Belə binada nəinki icra başçısı heç JEK müdiri yaşamaz - Sümqayıtda ölümə aparan bina

Sumqayıtın 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxana qəzalı vəziyyətdədir. Yataqxanada olan sakinlər qaz, su, işıq xətlərinin də yararsız halda olmasından narazıdırlar.

Onların sözlərinə görə, yataqxananın pilləkənlərində, arakəsmə sütün divarlarında çartlar günü-gündən artmaqda davam edir. Yataqxana binası qəzalı, sağ və sol sütün divarlarında çökmə olduğundan hələ 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin ekspert rəyində sökülməsi haqda bildirilib. Amma indiyə qədər heç bir tədbir görülmür.

Odur ki, yataqxana sakinləri yataqxananın təmir olunması və ya sökülüb yenidən tikilməsi üçün köməklik göstərilməsini xahiş edirlər. Amma nə FHN, nə Sumqayıt şəhər İcra Hakimiyyəti addım atır.