Belçika ölkənin ən məşhur imamını deportasiya etdi


Belçika hökuməti Brüsseldəki Əl-Xəlil məscidinin imamı, Mərakeş vətəndaşı Məhəmməd Tucqaninin yaşayış icazəsini ləğv edib., Bizimxeber.az bildirir ki, bu barədə Belçikanın RTBF telekanalı məlumat yayıb.

Belçikanın Miqrasiya və Sığınacaq Məsələləri üzrə Dövlət Katibi Sami Mehdi deyib ki, Məhəmməd Tucqani Belçika ərazisini tərk etmək bildirişi və 10 il müddətinə ölkəyə giriş qadağası alıb.

Belçika xüsusi xidmət orqanları hesab edir ki, imam “milli təhlükəsizliyə təhdid” yaradır. Media xüsusilə onun ekstremist kimi qiymətləndirilən antisemit bəyanatlar verdiyini bildirir.

Brüsselin Molenbek rayonunda yerləşən Əl-Xəlil məscidinin imamı 1982-ci ildən Belçikadadır.