"Belarusa taktiki nüvə silahı yerləşdirmək qərarı blef deyil" - Con Bolton

"Rusiya prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahı yerləşdirmək planları ilə bağlı blef etmir".

Bizimxeber.az bildirir ki, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton deyib.

Amerikalı siyasətçi qeyd edib ki, Putin əvvəllər Vaşinqtonu nüvə silahı ilə hədələyəndə blef edirdi: " Əvəl deyilənləri blef adlandırmaq olardı. Amma Belarusa Nüvə silahı yerləşdirmək planları blef deyil və güman ki bu yaxın aylarda baş tutacaq".

Eyni zamanda, Boltonun fikrincə, hərbi baxımdan bunun böyük əhəmiyyəti olmayacaq. O xatırladıb ki, Kalininqrad vilayətində çoxlu sayda Rusiya nüvə raketləri, pilotsuz təyyarələr və digər silahlar yerləşdirilib: "Rusiyanın Kalininqrad anklavında onsuz da malik olduğu imkanlar ən böyük təhlükə yarada bilər”.