Belarus və Ukrayna eyni qrupda oynaya bilməyəcək

AÇ-2024-ün seçmə mərhələsində Ukrayna və Belarus eyni qrupda yer ala bilməyəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. 

Bildirilib ki, qurumun İcraiyyə Komitəsi Rusiyanın seçmə mərhələdə iştirakına qadağa qoysa da, Belarusa bu icazəni verib. 

Lakin Belarus millisi Ukrayna ilə eyni qrupda oynaya bilməz.

Həmçinin Azərbaycan - Ermənistan, İspaniya - Cəbəllütariq və Serbiya – Bosniya və Herseqovina eyni qrupda mübarizə apara bilməzlər.