Belarus Ukraynaya məxsus pilotsuz təyyarəni ələ keçirdi

Belarus sərhədçiləri təlim keçən Ukraynaya məxsus pilotsuz uçan aparatı ələ keçiriblər.

Bizimxeber.az bildirir ki, bu barədə TASS Belarusun Sərhəd Komitəsinə istinadən məlumat yayıb.

“Hadisə noyabrın 2-də, Belarus-Ukrayna sərhədinin bir kilometrliyində, Qomel vilayətində baş verib. Müəyyən edilib ki, kvadrokopter Belarus Respublikası ilə sərhəddə Ukrayna hərbiləşdirilmiş birləşmələri tərəfindən istifadə edilib.

Aşkar edilmiş foto və video sübutların məzmunu onu göstərir ki, pilotsuz uçan aparat partlayıcı qurğuların yerdəyişməsi və endirilməsi, habelə sərhəd mühafizəsinin texniki vasitələrinin kəşfiyyatı və çəkilişi üçün təlim üçün istifadə olunan infraqırmızı görmə sistemi ilə təchiz edilib”, - nazirliyin məlumatında deyilir.

Bildirilir ki, pilotsuz təyyarənin yaddaş kartının təhlili pilotsuz təyyarənin Ukrayna ərazisindən buraxıldığını təsdiqləyib.