ABŞ prezidenti Co Bayden Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahunun həbsi ilə bağlı qərarına sərt reaksiya verib.
Bizimxeber.az bildirir ki, Amerika prezidenti BCM-nin Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsi ilə bağlı qərarını “qeyri-qanuni” adlandırıb.
“İcazə verin, bir daha aydınlaşdırım: Beynəlxalq Cinayət Məhkəməsinin nəyə işarə etməsindən asılı olmayaraq, İsraillə Həmas arasında heç bir ekvivalentlik yoxdur – heç bir”, o vurğulayıb.
Bayden əlavə edib ki, ABŞ həmişə İsrailin təhlükəsizliyinə təhdidlərə qarşı onun yanında olacaq.
Bir gün əvvəl məlum olub ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu və Müdafiə Nazirliyinin keçmiş rəhbəri Yoav Qalantın həbsinə order verib. ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin qərarını "prinsipcə rədd etdiyini" bildirib.