"Baydenin oğlunu əfv etməsi ədalətsilikdir" - Tramp

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Co Baydenin oğlu Hunter Baydeni əfv etmək qərarını tənqid edib.

Bizimxeber.az bildirir ki, o bunu hakimiyyətdən sui-istifadə və ədalətin pozulması adlandırıb. 

Qeyd edək ki, Bayden silahdan istifadə ilə bağlı cinayətlərdə, habelə vergi pozuntularında təqsirli bilinən oğlu Hunter Bayden üçün əfv fərmanı imzalayıb .

"Co Gunterə verilən əfv bir neçə ildir həbsdə olan "6 yanvar girovları" adlandırdığım şəxsləri əhatə edirmi? Bu, açıq-aşkar sui-istifadə və ədalətsizlikdir!" deyə i bilidirib.

Qeyd edək ki, Tramp “6 yanvar girovları” dedikdə 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumun iştirakçılarını nəzərdə tutur. O və tərəfdarları onları siyasi məhbus hesab edərək, onların bir çoxunun ədalətsiz şəkildə mühakimə olunduğunu iddia edir.

Xüsusilə, ötən ilin sentyabrında bildirildiyi kimi, ifrat sağçı Proud Boys hərəkatının iki keçmiş lideri ABŞ-da 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumda iştirak etdiklərinə görə 15 və 17 il həbs cəzasına məhkum edilib. Ümumilikdə Kapitoliyə basqınla bağlı 1100-dən çox şəxs ittiham olunub, onlardan 600-ü artıq mühakimə olunub.