Baydenin geri çəkilməsinə Rusiyanın münasibəti - "ABŞ-ın daxili işidir"

"Amerika prezidenti Co Baydenin seçki yarışından çəkilmə qərarının səbəb olacağı proseslər ABŞ-ın daxili işidir."

Bizimxeber.az bildiirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Solovyev Live -də bildirib. 

"Bu, onların hekayəsidir, bunlar ABŞ-dakı daxili siyasi döyüşlərdir. Bununla özləri məşğul olsunlar, biz qarışmayaq”, - diplomat vurğulayıb. Bundan əvvəl Zaxarova Baydenin vəziyyəti ilə bağlı həqiqəti gizlədənlərin hərəkətlərinin araşdırılmasının zəruriliyini bəyan edib .