Baydendən ŞOK açıqlama - "Ya III Dünya Müharibəsinə başlamaq, ya da..."

"Rusiyanı cəzalandırmaq üçün iki variant var: . Ya III Dünya Müharibəsinə başlamaq, ya da sərt sanksiyalar tətbiq etmək". Bizimxeber.az bildirir ki, bu barədə bunu ABŞ prezidenti Co Bayden deyib. 

Onun sözlərinə görə, qlobal müharibəyə başlamadan Rusiyanı Ukraynaya təcavüzə görə cəzalandırmağın yeganə yolu sanksiyalardır. Bizim iki variantımız var. Üçüncü Dünya Müharibəsini başlamaq, Rusiya ilə fiziki olaraq müharibə etmək. Yaxud ikinci variant: - beynəlxalq hüquq normalarını pozan ölkənin bunun əvəzini ödəyəcəyinə əmin olmaq".

Bayden həmçinin, Rusiyanın Ukraynaya təcavüzünün həm uzun, həm də qısa müddətdə yüksək bədəl ödəyəcəyini qeyd edərək, münaqişənin Avropa ilə NATO-nu bir-birinə daha da yaxınlaşdırdığını bildirib.