ABŞ prezidenti Co Baydeni Rusiya neftini yuxarı qiymətə alan şirkət və ölkələrin ikinci dərəcəli sanksiyalara məruz qalacağı layihəsinə qarşı çıxıb. Bizimxeber.az bildirir ki, bu barədə "The Wall Street Journal" yazıb.
“İkinci dərəcəli sanksiyalar Putinin böyük miqdarda neft tədarükünü kəsmək ehtimalını artıracaq. Bu, həm də ikinci dərəcəli sanksiyalara nifrət edən Avropa ilə fikir ayrılığına gətirib çıxaracaq”, - Rapidan Energy Group konsaltinq şirkətinin rəhbəri Bob MakNally nəşrə bildirib.
Nəşrin yazdığına görə, məhz buna görə Amerika prezidentinin administrasiyası hazırlanmış qanun layihəsinə qarşı çıxıb.
Qəzet yazır ki, Amerika prezident administrasiyasının senatorların layihəsini dəstəkləməməsinin digər səbəbi ABŞ və Avropa rəsmilərinin qaçmağa çalışdıqları diplomatik və iqtisadi risklərdir.
“The Wall Street Journal”ın yazdığına görə, əsas idxalçıların heç biri G7 ölkələrinin maliyyə nazirlərinin Rusiya neftinin qiymətləri ilə bağlı təklif etdiyi məhdudiyyətlərlə razılaşmayıb.