Bayden Suriyada olanları diqqətlə izləyir

ABŞ prezidenti Co Bayden üsyançıların paytaxt Dəməşq şəhərinin azad edildiyini elan etdiyi Suriyada hadisələrin inkişafını diqqətlə izləyir.

Bizimxeber.az bildirir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savett X sosial şəbəkəsində (Twitter) bildirib.

Sözçü vurğulayıb ki, prezident Bayden və komandası Suriyada baş verən fövqəladə hadisələri diqqətlə izləyir və regional tərəfdaşlarla daim təmasdadır”.