Bayden Santa Ynez vadisində tətildədir

ABŞ-ın keçmiş lideri Co Bayden Donald Trampın andiçmə mərasimindən dərhal sonra təqaüdünü qeyd etmək üçün Kaliforniyanın Santa Ynez vadisinə gedib.

Bizimxeber.az "Bloomberg"ə istinadən bildirir ki, Ağ Evin keçmiş rəhbəri bu “şərab” bölgəsinə yaxşı bələddir, çünki o, seçkilərdən çəkilmək qərarından sonra ötən yayın sonunda bir neçə gün orada qalıb.

Tətildə olan keçmiş prezident, velosiped həvəskarı olduğu üçün həyat yoldaşı Jill ilə Valley Loop boyunca velosiped sürəcək. Nəşrin müəllifləri əlavə ediblər ki, Bayden sevimli dondurmasını bir qaşıq almaq üçün Great Pacific Ice Cream Co-ya gedə və Santa Ynezdəki ən yaxşı şərab zavodlarından birinə Crown Point-ə gedə bilər.