Bayden Putinlə Ukrayna üzrə danışıqların şərtini açıqladı

"Vladimir Putin münaqişənin sona çatmasında maraqlı olarsa Ukrayna ilə bağlı danışıqlar mümkündür". 

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ przidenti Coo Bayden deyib.

Dövlət başçısı Moskva ilə danışıqlara hansı şərtlə hazır olduğunu bildirib. Bayden deyib ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başa çatdırmaq istəyini görməlidir: " Cənab Putin... burada sözlərimi çox diqqətlə seçməliyəm. Əgər həqiqətən də müharibəni bitirməkdə maraqlı olarsa, mən cənab Putinlə danışmağa hazıram".

Eyni zamanda, Bayden rusiyalı həmkarı ilə yaxın gələcəkdə təmaslar planlaşdırmadığını açıqlayıb. Siyasətçi əlavə edib ki, Moskva ilə danışıqlar müstəqil əsasda deyil, yalnız NATO ilə məsləhətləşmələr əsasında aparılacaq.