Bayden Putini ilk dəfə “hərbi cinayətkar” adlandırdı - Video

 ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini “hərbi cinayətkar" adlandırıb. 

Ağ Evdə çıxışı zamanı jurnalistlərdən biri Baydenə rusiyalı həmkarını “hərbi cinayətkar” adlandırmağa hazır olub-olmadığını soruşub. 

Bayden əvvəlcə “yox” cavabını verib və otağı tərk edib. Lakin sonra geri qayıdaraq "O, hərbi cinayətkardır" deyib. ABŞ lideri ilk dəfə Putin haqqında bu ifadəni işlədib.