Bayden koronavirusa yoluxub

ABŞ prezidenti Co Baydenə koronavirus diaqnozu qoyulub və xəstəliyin yüngül simptomları müşahidə olunur.

Bizimxeber.az bildirir ki, bu barədə Ağ Evin bəyanatında deyilir .

Məlumata görə, Bayden Delaverdə özünü təcrid edəcək və bu müddət ərzində bütün vəzifələrini tam yerinə yetirəcək.

Ağ Ev prezidentin vəziyyəti barədə mütəmadi olaraq məlumat verəcəyini vəd edib.