Bayden İrana xəbərdarlıq etdi

ABŞ Prezidenti Co Bayden İran hakimiyyətini ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd planlarından çəkinməyə çağırıb.

Bu barədə “Politico” ABŞ Prezident administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən məlumat verib. “İrana Trampın həyatına hər hansı cəhdin müharibə aktı kimi qiymətləndiriləcəyi bildirilib”, - deyə yazıda qeyd olunub.

Məqalədə həmçinin deyilir ki, keçmiş dövlət katibi Mayk Pompeo, keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton və ABŞ-nin İran üzrə keçmiş xüsusi nümayəndəsi Brayan Hukun İran tərəfindən hədəf alınıb.