Bayden Çin prezidenti ilə görüşmək istəmir

"ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Cinpin arasında görüş planlaşdırılmır".

Bizimxeber.az bildirir ki, bu barədə Amerika rəhbərliyinin rəsmi nümayəndəsiCon Kirbi jurnalistlərə bildirib: "Hazırda belə bir görüş və telefon əlaqəsi planlaşdırılmayıb. Ağ Evin rəhbəri Bayden dövlət başçıları səviyyəsində belə təmasların gələcəkdə mütləq baş tutacağına ümid edir".

Qeyd edək ki, Çin lideri Si Cinpinin martın 20-22-də Moskvaya rəsmi səfər edəcəyi bildirilirdi. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib ki,  Si Cinpinin səfəri sırf işgüzar xarakter daşıyacaq.