Bayden Almaniyada üç Avropa lideri ilə nəyi müzakirə edəcək?

ABŞ prezidenti Co Baydenin bu həftə Almaniyaya səfər edəcəyi və üç Avropa lideri ilə görüşəcəyi gözlənilir.

Bizimxeber.az bildirir ki, bu barədə CNN televiziya şirkəti məlumatlı üç Qərb rəsmisinin sözlərinə istinadən məlumat yayıb. 

Baydenin Berlində Almaniya kansleri Olaf Şolz, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer ilə görüş keçirəcəyi gözlənilir.

Bəlli olduğu ki, oktyabrın 12-də Bayden Ukraynaya yardım üzrə təmas qrupunun - Rammstein formatının ölkə və hökumət rəhbərləri səviyyəsində iclasa sədrlik etməli idi.

Lakin Milton qasırğasının Florida sahillərinə yaxınlaşması səbəbindən o, Avropaya  səfərini təxirə salıb.