Bayden Almaniya səfərini təxirə saldı

ABŞ prezidenti Co Bayden Milton qasırğası səbəbindən Almaniyaya səfərini təxirə salıb.

Bu barədə Ağ Evin sözçüsü Karin Jan-Pyer bildirib.

Jan-Pierre görə, Bayden "Milton qasırğasının proqnozlaşdırılan trayektoriyası və gücünü nəzərə alaraq" Almaniya və Anqolaya planlaşdırılan səfərlərini təxirə salır.

Amerika prezidenti “Milton qasırğasına hazırlıq və cavab tədbirlərinə nəzarət etmək”, həmçinin ölkənin cənub-şərqində “Helen” qasırğasının nəticələrinin aradan qaldırılması üzrə davam edən səylərə nəzarət etmək üçün ABŞ-da qalacaq.

Almaniyada Baydenin oktyabrın 12-də liderlər səviyyəsində ilk dəfə şəxsən görüşəcək Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (“Ramşteyn” formatı) iclasında iştirak edəcəyi gözlənilirdi.